Bu gün Daşaltı əməliyyatının 22-ci ildönümü ilə əlaqədar Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Səbayıl rayon icra hakimiyyəti nümyəndələri, Daşaltı kəndinin azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olanların yaxınları Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA-nın xəbərinə görə, əbədi məşəl önünə əklillər qoyan mərasim iştirakçıları daha sonra, Daşaltı əməliyyatı zamanı həlak olan şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər. Həlak olanların ruhuna ehsan süfəri təşkil edilib.
Xatırladaq ki, Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00 radələrində başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB