Bu günün havası sulu qarın yağması ehtimalı var

Bu günün havası sulu qarın yağması ehtimalı var

Bakıda və Abşeron yarımadasında bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla yağması ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 4-7 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə