QOÇLARDAN rəqibləri və hətta həmkarları QOÇLARDAN yan keçməyə çalışacaqlar. Bu da iri maliyyə itkilərinə səbəb ola bilər. Belə bir şəraitdə astroloqlar son dərəcə ehtiyatlı olmağı və tələsik qərar qəbul etməməyi məsləhət görürlər. Ümumi vəziyyəti, həmçinin insanların davranışının səbəblərini başa düşmək lazımdır. Yalnız bu, mühüm işlərdə müvəffəqiyyət gətirəcəkdir.
BUĞALAR qarşıdakı günlərdə mühüm məqsədlərdən çəkinməlidirlər. Böyük müvəffəqiyyətə nail olmaq üçün sərf edilən enerjinin boşa çıxması təhlükəsi vardır. Yaxşı olar ki, təmkinli olub yalnız cari işlərlə məşğul olasınız, irəli qaçmayasınız. Böyük nailiyyətlərin vaxtı hələ gəlib çatmamışdır.
ƏKİZLƏR işlərində prinsipiallıq və hətta inadkarlıq göstərməlidirlər. Britaniya astroloqları xəbərdar edirlər ki, səy və iradə göstərməsəniz, işdə müvəffəqiyyət də olmayacaqdır. Müvəqqəti itkilər və hətta uğursuzluqlar ola bilər. Lakin bütün qüvvələrinizi əsas istiqamətə yönəltməyiniz qarşıya qoyduğunuz məqsədə çatmağınıza imkan verəcəkdir.
XƏRÇƏNGLƏRİ qarşıdakı həftədə gözlənilməz, amma xoş bir görüş gözləyir. İşgüzar şam yeməyindən boyun qaçırmayın, çünki məhz bu görüş həyatınızı kökündən dəyişə bilər. Bu görüşdə cəlbedici təklif alsanız da indiki unutmayın. Uğur uzaqda deyildir.
ŞİRLƏR işin içində lap itib-batacaqlar, hətta istirahət günlərində də. Bu günlərdə bir neçə ciddi qərar qəbul etməli olacaqsınız və sizin gələcək maliyyə vəziyyətiniz birbaşa bu qərardan asılı olacaqdır. Ağır həftədən sonra yaxşıca dincəlməyə, dostlarınız və yaxınlarınızla görüşməyə dəyər.
QIZLAR işdə çox çətin tapşırıqları yerinə yetirməli olacaqlar, lakin məyus olmağa dəyməz, bu prosesə yaradıcılıqla yanaşmağa, bütün tapşırıqları səliqə ilə və nöqsansız yerinə yetirməyə çalışın. Bundan başqa, diqqətinizi həqiqətən sizə uğur gətirə biləcək məsələlərə yönəltməlisiniz.
TƏRƏZİLƏRƏ astroloqlar ətrafdakılara fikir verməyib diqqəti problemin mahiyyətinə yönəltməyi məsləhət görürlər. Baş verən hadisələrin çoxu pərdə arxasında qalacaqdır. Rəqiblərin diqqətinizi yayındırmasına, öz yolunuzdan çəkindirməsinə imkan verməyin. Yalnız öz informasiya mənbələrinizi axtarıb tapın və bu mənbələrə arxalanın.
ƏQRƏBLƏRİ kübar həyat mühüm problemdən yayındıra bilməyəcəkdir, qara buludların sıxlaşması davam edəcəkdir. Ciddi məsələnin həlli üçün bütün qüvvələri sizi məqsədə yaxınlaşdıran ittifaqa yönəltməlisiniz. Layihənizdə əlavə resurslar mühüm rol oynaya bilər. Lakin özgə məsələlərin həllində itib-batmamaq üçün vaxtınızı qoruyun.
OXATANLAR böyük səhvlə qarşılaşacaqlar, amma xoşbəxtlikdən bu səhv onların səhvi olmayacaqdır. Onu ört-basdır etmək və vəziyyəti özünə sərf edən şəkildə təqdim etmək üçün kimsə faktları təhrif edəcəkdir. Geri çəkilməyin! Onlar hansı hiylələrə əl atsalar da, siz onların niyyətlərini başa düşməlisiniz. Düzdür, kiminsə səriştəsizliyi sizi nəzərdə tutduğunuz planlarda təshihlər etməyə məcbur edə bilər.
OĞLAQLARIN karyera perspektivlərinə Yupiter təkan verəcək, mühüm layihələrinin həyata keçirilməsində əhəmiyyətli mövqe tutmasına kömək edəcəkdir. Lakin lazımsız inadkarlıq və buldozer kimi ətrafdakıları basıb keçərək irəliləmək cəhdləri çox da müdrik strategiya deyildir. Tərəfdaşlar və həmkarlar ilə kompromisə getmək, qarşıdurmaya deyil, əməkdaşlığa bel bağlamaq daha sərfəlidir.
DOLÇALAR gələcək perspektiv üçün işgüzar nailiyyətlərin əsasını qoymaq imkanı qazanacaqlar. Bunun üçün hərtərəfli düşünmək, köhnəlmiş yanaşmalardan imtina etməkdən qorxmaq lazım deyildir. Hərəkətlərinizə nəzarət edin, gərgin əməyinizin nəticələrinin üstündən qələm çəkə biləcək səhvə yol verib-vermədiyinizi yoxlayın.
İşdə dəyişən tələblər BALIQLARDA çaşqınlıq yarada və onları ruh düşkünlüyünə sala bilər. Sizə elə gələ bilər ki, yeni vəzifələrin öhdəsindən gəlməyəcəksiniz və daha yaxşı olar ki, heç bir iş görməyəsiniz. Amma təslim olmayın! Siz düşündüyünüzdən daha çox şeyə qadirsiniz. Ruhdan düşməyin, öz qüvvənizə inanın, o zaman heç gözləmədiyiniz müvəffəqiyyətlərlə qarşılaşacaqsınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB