Həftəlik ulduz falı

OĞLAQLARI peşə fəaliyyəti üçün çox gözəl bir dövr gözləyir. Yeni ideyalarınızla öz həmkarlarınızı da, rəhbərliyi də valeh edəcəksiniz və tezliklə layiqli qiymətinizi alacaqsınız. İşgüzar xarakterli bütün təkliflərə diqqətlə yanaşın, onlardan ən mühümünü seçin. Bu təkliflər arasında sizə maddi uğur gətirəcək bir təklifin olması istisna deyildir.

DOLÇALARIN həyatında yeni mərhələ başlanır, onları sosial statusla bağlı dəyişikliklər gözləyir. Bu dəyişikliklər müsbət xarakter daşıyacaqdır. Həftənin sonuna yaxın qarşınızda əlavə qazanc əldə etmək üçün cəlbedici perspektivlər açılacaqdır. Sonradan peşman olmamaq üçün bu perspektivlərə etinasız yanaşmayın.

BALIQLARIN işgüzar maraqlar sahəsində mövqelərini möhkəmləndirməsinə nüfuzlu insanların dəstəyi kömək edəcəkdir. Qarşıdakı həftə yeni işlər üçün əla dövrdür, diqqəti bir şeyə yönəldin, o zaman uğuru qaçırmayacaqsınız. İşdəki vəziyyət öz təxirəsalınmaz həllini tələb edə bilər. Odur ki, peşə vəzifələrinizə tamamilə yeni mövqedən yanaşmalısınız.

QOÇLAR çoxdan nəzərdə tutduqları planı artıq müvəffəqiyyətlə həyata keçirə biləcəklər, bir şərtlə ki, öz emosiyalarına ciddi nəzarət etsinlər. İşdə həddindən artıq yüklənmədən qaçın. İndi sizə əlavə iş lazım deyil, çünki o, istənilən nəticəni verməyəcək, yalnız lazım olduğundan daha çox əsəb və qüvvə sərf edəcəksiniz. Bundan başqa, pul ehtiyatlarınızdan optimal şəkildə istifadə etməyə çalışın.

BUĞALAR qüvvələrini səfərbər edib planlaşdırdıqları işləri başa çatdırmalı olacaqlar. Ümumi işin xatirinə kompromisə getməyə hazır olun. Gözlənilməz işgüzar görüşlər istisna deyil. Xərclərin gəlirlərdən çox olması bəzi daxili gərginlik yarada bilər, lakin məyus olmağa dəyməz, çünki sanballı mənfəət əldə etmək ehtimalı böyükdür.

ƏKİZLƏR bu həftə yaxşıca zəhmət çəkməlidirlər. Sayıqlığınızı səfərbərliyə alın, hər şeyin uçotunu aparın və nəzarəti əldən verməyin. Cəlbedici təklifə cavab verməyə tələsməyin, hər şeyi ətraflı götür-qoy edin, bu, heç vaxt ziyan gətirməz. Yeni pul gəlirlərini çox gözləməli olmayacaqsınız, yalnız onları düzgün idarə etməyə çalışın ki, uzun müddət xərcləyə biləsiniz.

XƏRÇƏNGLƏRDƏN vəziyyət təşəbbüsü ələ almağı və tez qərar verməyi tələb edir. Bu, başladığınız işi məntiqi sonuna çatdırmağınıza imkan verəcəkdir. Böyük dəyişikliklər ərəfəsindəsiniz. Bu dəyişikliklər maddi və mənəvi rifahınıza mütləq yaxşı təsir göstərəcəkdir. İntuisiyanız istər işdə, istərsə də evdə gözəl nəticələr əldə etməyinizə kömək göstərəcəkdir.

ŞİRLƏRİN öz planlarını təzələməsi üçün əlverişli dövr başlanır. İşdəki vəziyyət xeyli yaxşılaşacaqdır. Yığılıb qalmış işləri təxirə salmaq lazım deyil. Əlverişli məqamdan istifadə edib onları başa çatdırmaq daha yaxşı olardı. Dostlarınız və tərəfdaşlarınız ideyalarınızı həyata keçirməkdə sizə həvəslə kömək göstərəcəklər. Misilsiz iş qabiliyyətinizə görə mükafatlar almağınız mümkündür.

QIZLAR üçün fiziki və yaradıcı formanı bərpa etmək çox faydalı olacaqdır. Böyük planlarınız və ideyalarınız varsa, onları öz yaxınlarınıza və dostlarınıza açmağa dəyər, bu yolla həmin planların və ideyaların həyata keçirilməsinə doğru daha bir düzgün addım atmış olarsınız. Maliyyə vəziyyətiniz tam sabitdir, çoxdan planlaşdırdığınız iri alış-verişlər edə bilərsiniz.

TƏRƏZİLƏR yetərincə fəal və yaxşı əhval-ruhiyyədə olacaqlar. Məqsədyönlü şəkildə səy göstərəcək, düşündüyünüzə nail olmaq fikrindən əl çəkməyəcəksiniz. Yaxınlarınız məqsədlərinizə çatmaqda sizə xeyli kömək göstərə bilərlər: onların sayəsində karyera pilləsi ilə irəliləmək üçün gözəl şansınız olacaqdır.

ƏQRƏBLƏR düşünülməmiş qərarlar qəbul etməməlidirlər. Öz məsələləriniz barədə yaxınlarınızla məsləhətləşin. Onların fikri çox faydalı olacaq və bunun sayəsində öz qüvvənizə inamınız yaranacaqdır. İndi nəzərdə tutulan müddətdə istənilən işin öhdəsindən gəlməyə real imkanınız vardır, amma bunun üçün öz fəaliyyətinizi qabaqcadan ölçüb-biçin və dəqiq plan hazırlayın.

OXATANLARA kəskin və qəti qərarlardan çəkinmək tövsiyə olunur. Diplomatiya nümayiş etdirin, istənilən mübahisəni sözlə yoluna qoymaq olar. Bəzi bədxahlarınızın səylərinə baxmayaraq, ətrafınızdakı insanlarla yaxşı münasibətlərinizi qoruyub saxlaya biləcəksiniz. Fəallığınız və məqsədyönlülüyünüz işdə bütün məsələləri asanlıqla həll etməyinizə imkan verəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə