Son 1 həftədir ki ,ermənilər cəbhə xəttində yenidən fəallaşıb. SİA-nın Qarabağ bürosundan verilən xəbərə görə, onlar milli ordumuzun mövqeləri ilə yanaşı təmas xəttində yerləşən yaşayış məntəqələrini də atəşə tutur.
Tərtər rayonunun Qapanlı kəndi təmas xəttində yerləşdiyindən hər gün ermənilərin atəşinə məruz qalır. Əhalinin çöldə olan vaxtlarında kənd atəşə tutulur ki, bu da kənddə yaşayanların həyatını təhlükə yaradır. Son vaxtlar atəşkəsin hər an pozulduğunu deyən sakinlər, ermənilərin kəndi əsasən iriçaplı silahlardan güllə-baran etdiklərini bildirirlər.
Ancaq buna baxmayaraq Azərbaycan ordusu ermənilərə layiqli cavab verərək düşməni cavab atəşi ilə susdurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB