Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan "QHT məktəbi" növbəti yaz təlimlərinə iştirakçıların qəbuluna başlayır. Mərkəzdən SİA-ya verilən xəbərə görə, keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq 2002-ci ildə Azərbaycanda yaranan bu məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda, qeyri-hökumət təşkilatları sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.
Bu günədək 1200-ə yaxın məzunu olmuş məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, onların yaradılması, idarə olunması və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.
Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri iki ay davam edəcək.
İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB