Azərbaycan Şərqi Avropada təbliğ olunur

Azərbaycan Şərqi Avropada təbliğ olunur

Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyi Ukraynanın, Odessa və Simferopol şəhərlərində "Azərbaycanımızı Tanıyın" adlı layihəyə yekun vurublar. SİA-nın məlumatına görə, layihə çərçivəsində əhalinin müxtəlif təbəqələrinə Azərbaycan, onun tarixi, mədəniyyəti haqqında məlumatlar verilib, ölkəmizin bugünkü inkişafı barədə məlumatlar çatdırılıb.Layihə çərçivəsində ölkəmizlə bağlı məlumat kitabçaları da paylanıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə həyata keçirilən layihəyə xarici tələbələr də böyük maraq göstəriblər.

Aksiya Simferopol əhalisi tərəfindən böyük maraqla qarşılanıb. Aksiyada Tavriya Milli Universitetinin azərbaycanlı tələbələri xüsusi aktivliyi ilə seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə