Nazir Sabirabadda qəbul keçirəcək

Nazir Sabirabadda qəbul keçirəcək

Gənclər və idman naziri Azad Rəhimov 28 yanvar 2014-cü il tarixi saat 11.00-da Sabirabad rayonu Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri Heydər Əliyev prospekti- Heydər Əliyev parkının ərazisi) Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Nazirlyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda iştirak etmək arzusunda olan vətəndaşlar yanvar ayının 23-dən 27-dək aşağıda adları qeyd olunan rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər.

Qəbul üçün vətəndaşların qeydiyyatı saat 9.00-dan 18.00-dək aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə