Ombudsmanın əməkdaşları bir neçə polis şöbəsinə baxış keçiriblər

Ombudsmanın əməkdaşları bir neçə polis şöbəsinə baxış keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin əməkdaşları yanvarın 23 və 24-də Neftçala, Biləsuvar və Cəlilabad Rayon Polis Şöbələrinin Müvəqqəti Saxlama Yerlərinə (MSY) baxış keçiriblər. SİA-nın Cənub bürosunun məlumatına görə, saxlanılan şəxslərin hər biri ilə təklikdə söhbət aparan mərkəzin əməkdaşları, onların saxlanılmasının qanuniliyini təsdiqləyən sənədləri, saxlanılma şəraitinin müvafiq normalara uyğunluğunu, tibbi yardımın göstərilməsini, saxlanma şəraiti ilə əlaqədar kameraların normal işıqlanma və ventilyasiyasını, gigiyena tələblərinə riayət olunma, gündəlik isti yeməyin verilməsi və digər zəruri şərtləri yoxlayıblar. Bundan əlavə, saxlanılan şəxslərin hüquqları bir daha onlara izah edilib, MSY-nin əməkdaşlarına müvafiq tövsiyyələr verilib.

Söhbət zamanı saxlanılan şəxslər MSY-də heç bir hüquq pozuntusuna məruz qalmadıqlarını, onlar üçün normal şəraitin yaradıldığını söyləyərək, dərin minnətdarlıqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə