Lerik şəhər icra nümayəndiliyinin 2013-cü ilin yekunları ilə bağlı hesabat dinlənilib FOTO
Lerik şəhər icra nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Şəhər icra nümayəndəsi Atamalı Nəcəfov hesab məruzəsi ilə çıxış edib. Bildirib ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti, Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində əldə uğurları qeyd edib, son 10 ildə əhalinin həyat səviyyəsinin yüksəldiyini, yeni iş yerlərinin açıldığını, dövlət büdcəsinin və əhalinin gəlirlərinin dəfələrlə yüksəldiyini, dövlətimizin valyuta ehtiyatlarının 50 milyard dollara çatdığını vurğulayıb. Ölkəmizin bu sürətli iqtisadi inkişafı fonunda Lerik rayonunda da bir çox işlərin görüldüyü qeyd edən natiq bildirib ki, 2013-cü ildə Lerik şəhərində bir sıra abadlıq-quruculuq işləri aparılıb. Şəhərin küçə və meydanlarında tikinti işləri davam etdirilib, 420 m2 səki yenidən qurulub, tamet piltələr döşənib. Şəhərin hər iki giriş hissəsində 3200 m2 yeni istinad divarı hörülmüş və milli ornamentlərlə zəngin olan dekorativ daşlarla üzlənib. Şəhərin küçə və meydanlarında 35000 m2 çox asfalt işi görülüb, 110 ədəd yeni işıq dirəyi quraşdırılıb. Rayon icra hakimiyyətinin təşəbbüsü və köməkliyi ilə şəhərdə "Xeyir-Şər evi" tikilib, 75 uşaq yerlik şəhər uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilib.
Məruzə ətrafında şəhər uşaq bağçasının müdiri Lalə Əliyeva, Su-Kanal idarəsinin rəisi Asif İmanov, 43 saylı yol istismar idarəsinin rəisi Elxan Əliyev, Yaşıllaşdırma idarəsinin rəisi Rasim Əliyev və şəhər sakini Ağaxan Babayev çıxış edərək rəy və təkliflərini bildiriblər.
Yığıncaqda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edib. Bildirib ki, yola saldığımız 2013-cü il cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində həm xarici siyasətdə, həm də iqtisadiyyatda böyük uğurlar ili kimi tarixə qovuşub. Son 10 ildə cənab İlham Əliyevin qayğı və diqqəti, rəhbərliyi sayəsində respublikada əldə olunan uğurları diqqətə çatdıran natiq qeyd edib ki, bu illər ərzində Lerik rayonu da uğurlu inkişaf yolu keçib, kənd və qəsəbələrimiz öz simasını tamamilə dəyişib. 2008-ci ildə cənab Prezidentin Sərəncamı ilə şəhər statusu almış Lerikdə görülmüş işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Daha sonra rayon icra hakimiyyəti başçısı qarşıda duran vəzifələr və görüləcək işlər barədə məlumat verib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB