Elşən Musayev: “Əli Kərimlini düşdüyü bataqlıqdan kimsə xilas edə bilməyəcək”
"Düşünürəm ki, AXCP sədri Əli Kərimli ona ünvanlanan ittihamlarla bağlı təcili açıqlama verməlidir. Çünki, bu onun ən azından mənəvi borcudur – təbii əgər belə bir borcun bu həyatda ümumən mövcudluğundan, var olmasından xəbərdardırsa". SIA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev müxalif mətbuatda AXCP sədri Əli Kərimliyə qarşı yönəlmiş 150 min dollarlıq maxinasiya ittihamına münasibət bildirərkən söyləyib.
"Düz 20 ildir biz bu adamın – yəni Əli Kərimlinin əsl kimliyindən, maskalı sifətindən, nə qədər saxta biri olduğundan, müxtəlif mərhələlərdə hətta öz lideri Elçibəyə belə etdiyi inanılmaz xəyanətlərindən bəhs edirik. Söylədiklərimizin qarşılığı olaraq isə Əli Kərimli və onun tərəfdarları ya isterik reaksiya, ya da qeyri adekvat mövqe ilə mövzudan yayınmağa çalışıblar. İndi isə durum fərqlidir. Bilirsinizmi niyə? Çünki bu dəfə ittiham artıq evin içindən gəlir. Və ya hazırda Əli Kərimlini o insanlar ifşa edir ki, onlar AXCP sədrinin bütün sirrlərini və maxinasiyalarını ən kiçik detallarına qədər bilirlər.
Əli Kərimli və onun himayəsində olan "Azadlıq"qəzeti bütün fəaliyyəti boyu kimlərəsə iftira və çamur atıb, onları haqqsız yerə qaralamağa çalışıb. Və bu fəaliyyət yəqin həm də o məqəd daşıyıb ki, bu gün ortaya çıxan və illər uzunu özləri tərəfindən həyata keçirilən maxinasiyaları gizlətmək, sığortalamaq mümkün olsun. Amma artıq gecdir. Çünki bataqlığın tam içindədirlər. Və bu bataqlıqdan onları bundan yüz il sonra da kimsə xilas edə bilməyəcək"- deyə politoloq fikirlərinə davam edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB