“İdeyanı bizimlə paylaş” devizi altında pilot layihəyə start verilib FOTOLAR

“İdeyanı bizimlə paylaş” devizi altında pilot layihəyə start verilib FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "İdeyanı bizimlə paylaş" devizi altında may ayından başlayaraq pilot layihəyə start verib. SİA-nın məlumatına görə, 23-24 yanvar tarixlərində layihənin 3-cü hissəsi keçirilib. Layihənin əsas məqsədi gənclərimizə foundrasing təlimlərinin keçirilməsi və gənclərin layihələr yazmaqla bağlı biliklərinin artırılmasından ibarətdir.

Təlimləri Gənclər Birliyi Ofisinin layihələr üzrə koordinatoru Leyla Kərimova keçib. Təlimlərin birinci günüdə gənclərə layihə nədir, donor təşkilatlarla işlənmə qaydaları, ikinci gündə isə büdcə məsələləri və. s mövzular ətrafında təlimlər keçirilib. Təlimin sonunda gənclər müxtəlif interaktiv oyunlar və test tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, test tapşırıqlarını uğurla keçən gənclərə YAP GB tərəfindən sertifikat veriləcək. Eyni zamanda gənclər tərəfindən hazırlanmış real olan və kreativliyi ilə seçilən bir neçə layihə YAP Gənclər Birliyi tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə