Fərhad Hacıyev: “Azərbaycan gəncləri dövlətimizin qayğısı ilə əhatələnib" MÜSAHİBƏ
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin SİA-ya müsahibəsi
- 2 fevral ölkəmizdə "Gənclər günü" kimi qeyd olunur. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz?
- Bir çox ölkələrdə "dövlətin gənclər siyasəti" adlı ifadə yoxdur. Dünyada çox nadir ölkələr var ki, orada gənclərə Azərbaycanda kimi diqqət göstərilir. Çox az ölkələrdə dövlət gənclərin inkişafına, onların həyatda yol tapmasına, eyni zamanda ideyalarının gerçəkləşməsinə dəstək göstərilir. Mən tam əminliklə söyləyə bilərəm ki, Azərbaycan gəncləri dövlətimizin qayğısı ilə əhatələnib. Ölkəmiz maksimum şəkildə çalışır ki, gənclər inkişaf etsin.
- Regionlarda həyata keçirilən gənclər siyasəti haqqında nə deyə bilərsiniz?
- 2 fevral "Gənclər günü" Ümummilli Liderin təşəbbüsü ilə təsis edilib. O zaman Azərbaycan MDB-də ilk dövlət idi ki, burada "Gənclər günü" təsis edilmiş, gənclər siyasəti ilə bağlı qanun qəbul olunmuşdu. "Gənclər günü" 1996-cı ildə ölkəmizdə keçirilən Gənclər Forumundan qaynaqlanıb. Bu Forumda ölkəmizin bütün bölgələrdən olan gənclər iştirak edirdi. Burada məqsəd təkcə paytaxt gənclərinin deyil, bütün ölkə gənclərinin səsinin eşidilməsi idi. Forum gənclərin platformasına çevrildi. Onlar bu forum vasitəsilə öz təklif, ideya və problemlərini səsləndirmişdilər. Bu da o deməkdir ki, ölkəmizdə hər bir gənc harada yaşamasından asılı olmayaraq dövlət siyasətində iştirak edir. Necə ki, forumda bütün gənclərə açıq polatforma verilmişdi, bu gün gənclərə həmin şərait yaradılıb. Uzun illərdir ki, Gənclər və İdman Nazirliyi gənclər siyasətini həyata keçirir. Onun hər bir bölgədə nümayəndəliyi var. Məhz həmin nümayəndəliklər vasitəsilə də bölgələrdə gənclər siyasəti yüksək səviyyədə həyata keçirilir. Son iki ildə ölkə başçısının təşəbbüsü ilə gənclərlə 5 görüş keçirilib. Bu görüşlər nəinki Bakıda, həm də regionda baş tutub. Görüşlərdə səslənən idayalar bu gün artıq reallığa çevrilib. Onlardan biri də Gənclər Fondu ideyası idi. Fondun keçirdiyi layihələr artıq bütün regionları əhatə edib. Elə bir bölgə, region yoxdur ki, gənclər fondu orada əməkdaşlıq etməsin. Son iki il ərzində fond tərəfindən 1020 layihə həyata keçirilib ki, onların 70 faizindən çoxu bölgələrdə reallaşıb. Bu çox böyük rəqəmdir. Bu onu göstərir ki, gənclər təkcə paytaxtda deyil, həmçinin bölgə və regionlarda da aktivdirlər. Bilirsiniz ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilib. Əslində bu uğur bütün gənclərin nailiyyətidir. Bu uğurlar ölkəmizdə keçirilən uğurlu gənclər siyasətin nəticəsində əldə olunub.
- Gənclər Fondu bir çox layihələrin həyata keçirilməsində gənclərə yardım edir. Fond bu layihələri seçərkən daha çox nəyə diqqət edir?
- Bizim üçün əsas odur ki, layihə maraqlı olsun. Lakin biz qrantlarla bağlı yeni müsabiqə elan edəndə gənclərin maraqlarına uyğun olaraq istiqamətlər seçməyə çalışırıq. Biz istiqamətləri Müşahidə Şurasına təqdim edirik. Təsdiq olunduqdan sonra isə gənclərə təqdim edilir. Bu gün gənclərin maraqları, istəkləri çox genişdir. Gənclər daha çox maksimalist olurlar. Biz də çalışırıq ki, imkanlarımız çərçivəsində gənclərə yardım edək. Bu il bizim 5-ci müsabiqəmiz elan olundu. Müsabiqədə bir çox istiqamətlər yer alıb. Belə ki, iqtiqamətlərə 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Oyunlarına könüllülərin cəlb olunması, Gəncənin gənclər paytaxtı elan olunması və digər mövzülarla bağlı layihələrin həyata keçirilməsi və digər məsələlər daxil olunub. Gənclərimizdən bu istiqamətlər üzrə maraqlı layihələr gözləyirik. Elan fevralın 10-dək davam edəcək.
- Bu gün Azərbaycan gənclərinin problemləri nədən ibarətdir və fond bu istiqamətdə hansı işləri həyata keçirir?
- Çox sevindirici haldır ki, dünyada maraqlı qloballaşma prosesləri gedir. Dünya gəncləri mobilliyə üstünlük verirlər. Lakin bütün bu cərəyanlarla yanaşı biz gənclərdə maraqlı bir tendensiya müşahidə edirik. Bu Azərbaycan gənclərinin vətənə olan bağlılığı, vətənpərvərlik ruhunun yüksək olmasıdır. Xaricdə Azərbaycan gəncləri ilə bir sıra görüşlər keçiririk. Görüş zamanı görürük ki, onların fikirləri, ideyaları vətənlə bağlıdır. Bu bizi çox sevindirir. Elə insanlar var ki, uzun illərdir xaricdə yaşayır, təhsil alırlar. Lakin bütün gücünü vətəninin təbliğatına sərf edirlər. Onlar milli bayramlarımız, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğat xarakterli layihələr həyata keçirirlər. Bu hər birimizin qürurudur və biz buna çox sevirik. Problemə gəldikdə isə onsuz mümkün deyil. Bəzən biz xaricilərlə görüşürük onlar bizdən soruşurlar ki, sizdə işsizlik problemi varmı? Bizdə deyirik ki, bəli var. Lakin biz onlara bildiririk ki, ölkəmizdə iş bazarında çoxlu iş yerləri var. Lakin çox təəssüf ki, gənclərimizin əksər hissəsi seçimlərini lazım olan sahələr üzrə deyil, digər sahələrə yönəldirlər. Elə sahələrimiz var ki, həqiqətən də orada mütəxəssis qıtlığı var. Lakin çoxlu sayda gənclərimiz demək olar ki, eyni istiqamətlər üzrə fəaliyyət göstərməyə meyl edirlər. Ölkəmizdə iqtisadi sahə ilə bağlı mütəxəssislərə ehtiyac var. Lakin gənclərimiz humanitar sahələrə üstünlük verirlər. Biz bu sahədə gənclərlə bağlı təlimlər keçirir, onlara seçimlərini düzgün etməkdə köməkçi olmağa çalışırıq.
- Gələcək planlarınız nədən ibarətdir?
- Azərbaycanda dövlət gənclər siyasəti unikal nümunədir. Bir çox dövlətlər bu nümunədən öyrənirlər. Biz Gənclər Fondu olaraq ölkə başçısının bizə həvalə etdiyi etimadı doğrultmağa çalışırıq. Gənclər çox həssas qrupdur. Onların maraqları çox genişdir. Bizə elə müraciətlər olur ki, o bizim gücümüz qədərində olmur.
Planlarımıza gəldikdə isə hər il elan etdiyimiz qrant müsabiqələr bu il də davam edəcək. Bir neçə beynəlxalq layihəmiz var ki, onları xarici partnyorlarla həyata keçirməyi nəzərdə tuturuq. İstəyirik ki, bir neçə beynəlxalq fondlarla görüşlər keçirək, təcrübə mübadiləsi aparaq. Daha çox bölgələrdən layihələrə üstünlük verməyi planlaşdırırıq. Biz fərdi olaraq gənclərin layihələrinə dəstək veririk. Bu istiqamətdə də işlərimizi artırmağa çalışacağıq. Biz sözlə ölkəmizdə həyata keçirilən gənclər siyasətinə müəyyən qədər töhfə verməyə çalışırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB