Qar yağacaq, qeyri-sabit hava şəraiti yanvarın 27-dək davam edəcək
"Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində havanın tutulacağı, gecəyə doğru yağıntılı olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında bildirib ki, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə 2-4, günün birinci yarısında 5-7 dərəcə, gündüz 0-2 dərəcə isti olacağı ehtimal edilir".
Şöbə rəisinin sözlərinə görə, yanvarın 25-də Azərbaycanın şimal və şərq rayonlarının hava şəraiti əsasən yağıntılı olacaq , dağlıq və dağətəyi rayonlarda qar yağacaq: "Bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir".
Yanvarın 25-də gün ərzində bəzi şimal rayonlarında, 26-da isə ölkənin rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi, ayın 25-də şimal küləyinin arabir güclənəcəyi, qeyri-sabit hava şəraitinin yanvarın 27-si səhərədək davam edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB