"Gəncliyini Göstər" video müsabiqəsinə start verilib

"Gəncliyini Göstər" video müsabiqəsinə start verilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "Aztagram" layihəsi gənclər günü münasibəti ilə "Gəncliyini göstər" şüarı altında birgə müsabiqə elan edir. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, müsabiqədə iştirak etmək üçün gənclər instagramda öz gəncliklərini əks etdirən video-çarx çəkib paylaşmalıdırlar.

01 fevral saat 23:59-dək davam edəcək müsabiqədə paylaşılan videolar daha çox pozitiv gəncliyi əks etdirməlidir. Ən çox səs (like toplayan) video qalib olacaq. Qalib iştirakçı planşet ilə mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək üçün şərtləri sizin diqqətinizə çatdırırıq:

1. İştirakçılar Instagram sosial şəbəkəsindəATGTİ-nin rəsmi instagram səhfəsini (http://instagram.com/atgti_asyou) izləməlidirlər.

2.Videonun yarışa qatılması üçün #ATGTİ, #Aztagram və #GencliyiniGoster həştəqləri mütləq istifadə olunmalıdır.

3. İştirakçıların videolarının görünməsi üçün profilləri mütləq açıq olmalıdır.

Qeyd edək ki, saxta səslər toplayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə