Şəhərə yeni ortatutumlu avtobuslar gətiriləcək

Şəhərə yeni ortatutumlu avtobuslar gətiriləcək

Gəncədə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün ilin sonuna kimi şəhərə yeni ortatutumlu avtobuslar gətiriləcək. 2013-cü ildə Gəncəyə 70 ədəd Cənubi Koreya istehsalı olan ortatutumlu "Hyundai" markalı avtobus gətirilib. Görülən işlərin davamı olaraq bu ilin sonuna kimi şəhərə yenidən avtobuslar gətiriləcək. Bu nəqliyyat vasitələri köhnə "Qazel" markalı mikroavtobusları əvəzləyəcək.

Dövlət Avtomobili Xidmətinin Gəncə Regional şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, təxminən 70 ədəd "Hyundai" markalı avtobuslar gətiriləcək: "Yeni gətirilən avtobuslar, 2 nömrəli marşrutda olan bir neçə avtomobillə dəyişdiriləcək. Bundan başqa 5, 14, 17, 18, 21 və 23 nömrəli marşrut xətlərində olan "Qazel" markalı marşrutları əvəz edəcək. Ümumilikdə Gəncədə gün ərzində 27 marşrut xəttində 200 mikroavtobus, 8 marşrut xəttində 90 avtobus əhaliyə xidmət göstərir".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə