Qarabağ florası beynəlxalq sistemdə öz yerini tapıb

Qarabağ florası beynəlxalq sistemdə öz yerini tapıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) alimləri 10 illərdir ki, qoruyub saxladıqları Qarabağ florasının herbarisini beynəlxalq elmi ictimaiyyətə təqdim etdirməklə yanaşı elmi dairələrdə Qarabağ torpaqlarının məhz Azərbaycana məxsusluğunu sübuta yetiriblər. Hazırda biologiya elminin qızıl fondu hesab edilən bu herbarilər Azərbaycan Dövlət Aqrar Universitetində qorunub saxlanılır. Bu fondda müxtəlif müalicəvi ot, buğda, gül nümunələri mövcuddur ki, onlar nəinki ölkəmizdə, bütün dünyada nadir bitkilər sırasındadır.

Kafedra müdiri Zaur Hümbətovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, mənfur qonşularımızın bu fondu öz adlarına çıxmaq istəyi isə alimlərimizin səyləri nəticəsində boşa çıxıb: "Yarım əsr öncə toplanan Qarabağ Herbarisi Beynəlxalq bitkilər bazasına daxil edilib. Baxmayaraq ki, ermənilər çox vuruşdular, ora-bura şikayət etdilər, onların bütün səyləri heç bir nəticə vermədi. Qarabağ florası Azərbaycanın adı ilə beynəlxalq sistemdə öz yerini tapdı"

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə