Radiasiya Problemləri İnstitutunun əməkdaşı Moldovada

Radiasiya Problemləri İnstitutunun əməkdaşı Moldovada

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun "Enerji qənaətedici radiasiya prosesləri" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor İslam Mustafayev fevralın 10-da Moldovanın Kişinyov şəhərinə ezam olunacaq. İnstitutdan SİA-ya verilən xəbərə görə, məqsəd professorun milli koordinator olduğu "Hava keyfiyyətinin idarə olunması" layihəsinin idarəedici komitəsinin fevralın 11-də keçiriləcək toplantısında iştirak etməkdir. Avropa Birliyinin layihəsinin ölkə üzrə əlaqələndirici orqanı olan Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları da İ.Mustafayevlə bərabər bu səfərə yollanacaqlar.

"Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Regional Fəaliyyət Planı" əsasında hazırlanan layihə Azərbaycanla yanaşı Gürcüstan, Moldova, Rusiya, Belarus,Ukrayna, Ermənistanda da həyata keçirilir. 2011-2014-cü illəri əhatə edən layihə çərçivəsində Azərbaycanda Hava keyfiyyətinin idarə olunması üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi, Beynəlxalq Konvensiya üzrə protokolların ratifikasiya olunması, Sumqayıtın hava şəraitinə monitorinq sisteminin yaradılması istiqamətində pilot layihələr gerçəkləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə