Azərbaycan vətəndaşları Türkiyədə dövlət qulluğuna qəbul ola bilər
"Türkiyədə xüsusilə səhiyyə sistemində kadrlara böyük ehtiyac var. Bu mövzuda həkimlərin müqavilə əsasında cəlb edilməsinə dair addımlar atılıb. Hazırda Türkiyədə səhiyyə sistemində işləyən azərbaycanlılar var". SİA-nın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsi ilə bağlı qarşılıqlı müzakirələr aparılır: "Biz Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsi üçün əlimizdən gələni edirik və qarşılıqlı olaraq bu istiqamətdə işlərimizi davam etdirəcəyik".
Mehmet Ali Kumbuzoğlu Türkiyədə dövlət qulluğuna qəbul sahəsində olan bəzi yeniliklərin Azərbaycanda da tətbiq olunacağının gözlənildiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB