Bəhram Xəlilov dövlət qulluğunda kimlərə ehtiyac duyulduğunu açıqladı

Bəhram Xəlilov dövlət qulluğunda kimlərə ehtiyac duyulduğunu açıqladı

"Dövlət qulluğunda iqtisadi sahədə, eyni zamanda dövlət orqanlarında informasiya texnologiyaları biliklərinə sahib olan şəxslərə ehtiyac duyulur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Komissiyanın xətti ilə dövlət qulluğuna qəbul olan şəxslərin 80 faizinin gənclərin payına düşdüyünü deyən B. Xəlilovun sözlərinə görə, artıq Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: "Bu qaydalarda aşağı pillədə dövlət qulluğuna qəbulda heç bir təcrübə tələb olunmur. Ali məktəbləri bitirmiş şəxslər ixtisaslarına uyğun olaraq vəzifələri seçib imtahanlarda iştirak edə bilərlər".

Komissiya sədri əlavə edib ki, ümumilikdə 2007-ci ildən başlayaraq əldə edilən təcrübə təhlil edilir, yeniliklər tətbiq olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə