Polis bölmələri yoxlanılır

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci və 38-ci polis bölmələrinə başçəkmələr həyata keçiriblər. Ombudsman aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmələrin məqsədi bu bölmələrdə saxlanılma şəraiti, rəftar və müvafiq sənədləşmənin araşdırılması olub.

Başçəkmələr zamanı polis bölmələrində saxlanılan şəxs olmayıb, hər-hansı nöqsan aşkar edilməyib.

Habelə 38-ci polis bölməsinin standartlara cavab verən yeni binaya köçürüldüyü və burada ümumilikdə dörd nəfər üçün nəzərdə tutulmuş iki müvəqqəti saxlanma yerinin inşa edildiyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə