Ombudsman Qobustandakı həbsxanaya baş çəkib

Ombudsman Qobustandakı həbsxanaya baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ünvanına daxil olan müraciətin yerində araşdırılması məqsədilə Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustandakı Həbsxanasına başçəkmə həyata keçiriblər. MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib. Ombudsmanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında və karantin otağında araşdırma aparılarkən, orada saxlanılan şəxslərlə təklikdə konfidensial qaydada söhbət zamanı onlar saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.

Eyni zamanda Müvəkkilin ünvanına daxil olan müraciətin yerində araşdırılması məqsədilə məhkum S.Z. kamerasında qəbul edilib. Araşdırma aparılarkən müəyyən olunmuşdur ki, MPQ üzvlərinin həbsxanaya əvvəlki başçəkməsi zamanı bu kameranın şəraitinin yaxşılaşdırılması ilə bağlı müəssisə rəhbərliyinə verilib tövsiyələr müsbət həll edilib.

Bundan əlavə, S.Z.-nın qaldırdığı məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumuna müraciət olunub.

Başçəkmənin sonunda həbsxana rəhbərliyinə və müəssisənin tibb hissəsinin rəisinə müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə