GİN gənclər təşkilatlar arasında müsabiqə elan edir

GİN gənclər təşkilatlar arasında müsabiqə elan edir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi gənclər təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mövzülara aşağıdakılar daxildir

- Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;

- gənclərin hüquqi maarifləndirilməsində iştirak;

- ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;

Qeyd edək ki, müsabiqə Gənclər və İdman nazirliyinin kollegiyasının "Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında" qərarı və "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsi əsasında gerçəkləşir.

Müsabiqəyə dair bütün məlumatlar Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsində (www.mys.gov.az) yerləşdirilib.

Layihələrin son qəbul tarixi 17 fevral 2014-cü ildir.

Bütün xəbərlər Facebook səhifəmizdə