Şərqin ilk debat formatı olan Qladiator debatlarının Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və 10-cu il dönümünə həsr olunmuş və Azərbaycan respublikası Prezidenti yanında Gənclər Fondunun III Qrant müsabiqəsində C kateqoriyası üzrə (fiziki şəxslərin layihələri) qalib olmuş "Qladiator natiqlik məktəbi" (QNM) layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutan bağlanış mərasimində formatın konstruktoru və layihənin direktoru Həbib Heydərin layihə ilə bağlı geniş ictimai hesabatı dinlənilib. Bununla yanaşı, layihədə iştirak edən gənclərin mükafatlandırılması da layihənin sözügedən şəbəkə görüşündə baş tutub.
Layihə rəhəbrinin sözlərinə görə, QNM layihəsi 2013-cü il oktyabr ayının 21-dən bu günə qədər (22 yanvar, 2014-cü il) ictimai sektora yeni fikir gətirmiş, gənclərin xeyli marağını qazanıb.
Bildirilib ki, layihə 3 ay davam edib: "İlk ay hazırlıq, sosial şəbəkələrdə və təhsil müəssisələrində elanların verilməsi, təqdimatlar, CV-lərin qəbulu və intervü götürülməsi kimi 4 yarımmərhələdən ibarət olub. Layihənin növbəti ayının ilk həftəsindən başlanaraq təlimlər keçirilib. 127 nəfər intervü mərhələsinə çağrılıb və 50 nəfər layihənin təlimlər hissəsinə iştirakçı qismində seçilib".
Bağlanış mərasiminin sonunda isə Qladiator debatları II Kolizeyin qalibi və digər fərqlənənlər mükafatlandırılıb. İştirakçı, təşkilatçı, hakim və partnyor təşkilatlar müxtəlif, diplom, sertifikat, təşəkkürnamələrlə təltif olunub. Ümumilikdə tədbirdə 1 nəfər kubokla, 11 nəfər medallarla, 50 nəfərdən artıq şəxs isə diplom, təşəkkürnamə və sertifikatla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB