ATGTİ “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi ilə əməkdaşlığa başladı
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "SİNEMA" Gənc Kinematoqrafçılar Mərkəzi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Təşkilatdan SİA-ya verilən xəbərə görə, əməkdaşlığın məqsədi müxtəlif ixtisaslı tələbələrin yaxın gələcəkdə təcrübəyə cəlb edilməsi, onların kineprodüsserlik, aktyorluq, kinerejissorluq və digər sahələrdə biliklərinin artırılması və tələbələr üçün yeni imkanların yaradılmasıdır.
Əməkdaşlıq çərçivəsində tələbələr "SINEMA" Gənc Kinematoqrafçılar Mərkəzində təcrübə keçmək şansı əldə edəcəklər. Təcrübə proqramında iştirak etmək arzusunda olan gənc kinematoqrafçılar və bu sahədə inkşaf etmək istəyən tələbələr atgti.az ünvanına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Nəzərinizə çatdıraq ki, ATGTİ-nin həyata keçirdiyi Tələbə Təcrübə Proqramının əsas məqsədi tələbələrin təhsil müəssisəsini bitirdikdən sonra işlə təmin olunması imkanlarını artırmaq, onların müvafiq ixtisaslar üzrə tələbə olduqları dövrdə təcrübə əldə etməsinə imkan yaratmaq, müəssisələr üçün keyfiyyətli kadrlar hazırlamaqdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB