Almaniyanın Zakhsen-Anhalt əyalətində müxtəlif millətlərin nümayəndələrindən ibarət 150-dən artıq icmanın iştirakı ilə "Demokratiya Yolları" mövzusunda sərgi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin gün Maqdeburq şəhər bələdiyyəsinin təşkilatçılığı ilə şəhərin mərkəzi küçəsi olan Breiter-Wegde-də daha bir tədbir keçirilib. Tədbirdə Azərbaycanı Magdeburg şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib.
Tədbirdə çıxış edən Cəmiyyətin sədri Yaşar Niftəliyəv, Xocalı faciəsinə həsr edilən kitabın müəllifi Rolf Kunsch, Cəmiyyətin üzvü Fuad Ağayev iştirakçılara 20 Yanvar faciəsi, Xocalı faciəsi, ümumiyyətlə XX əsrdə erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilən haqsızlıqlar və cinayətlər haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB