Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Göytəpə şəhərində vətəndaşları qəbul edəcək. DSX-nin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, fevral ayının 6-da saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində keçiriləcək qəbulda Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinləri iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları fevral ayının 4-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az saytında yerləşdirə, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlaya, Göytəpə Sərhəd Dəstəsinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB