Qaradağ rayonu İcra Hakimiyyəti başçısının Qobustan qəsəbə üzrə ərazi nümayəndəliyi illik hesabat yığıncağını keçirib.
Yığıncaqda Qaradağ rayon İcra hakimiyyəti başçısının müavini Zəfər Əliyev, ziyalılar və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının Qobustan qəsəbəsi üzrə nümayəndəsi Teyyub Hüseynov son bir ildə qəsəbədə həyata keçirilən işlər haqqında hesabat verib.
O bildirib ki, son bir il ərzində Qobustan ATS telefon qovşağının yeni binası istifadəyə verilib, qəsəbədə yollar əsaslı təmir olunub. Hazırda yerüstü keçidin, xəstəxananın və gənclər evinin tikinti işləri yekunlaşmaq üzrədir.
Tədbirin sonunda vətəndaşların təklif və iradları dinlənilib, müxtəlif məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB