Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov yanvarın 31-də Masallıda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul saat 10:00-da Masallı şəhərində yerləşən Gənclər Evində baş tutacaq.
Masallı ilə yanaşı Lənkəran, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşlar qəbulda iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Masallı şəhəri Həzi Aslanov küçəsi-4, əlaqə telefonları: 051 349 13 60; 070 648 98 89; 025 215 33 34) xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB