Sədaqət Vəliyeva: “Bu il də sosial sahədə nəzərə çarpacaq dəyişikliklər olacaq”
"Sosial sahəyə büdcə ayırmalarının çoxalması, vətəndaşların maaş və pensiyalarının daha da artırılmasının nəzərdə tutulması onu deməyə əsas verir ki, 2014-cü ildə də bu sahədə keyfiyyət dəyişikliklərinin olacaq". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ciddi nəzarətində olan sosial sahədə şəffaflığın artırılması da ciddi dəyişikliklərin olacağına əsas verir.
"Birbaşa cənab Prezident İlham Əliyevin göstərişi əsasında sosial sahədə, xüsusilə də, cəmiyyətimizin sosial təminat baxımdan zəif olan üzvlərinin maddi durumunun yüksəldilməsi üçün verilən ünvanlı sosial yardımların verilməsi, əlilliyin təyin olunması, həmçinin, digər xidmət əməliyyatlarının keçirilməsi işində şəffaflığın yaradılması ümumilikdə insanların sosial baxımdan gümrahlaşmasına imkan yaradacaq. Eyni zamanda, "ASAN" xidmətin əhatə dairəsinin genişləndirilməsi də bu sahədə ciddi dəyişikliklərin olacağına şərait yaradacaq" - deyə deputat bildirib.
Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycanda, ümumilikdə, sosial rifah dövləti quruculuğu prosesində reallaşdırılan işlər nəticəsində bu il də sosial sahədə nəzərə çarpacaq dəyişikliklər olacaq.
RUQİYYƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB