Azərbaycanda əsgər özünə xəsarət yetirib

Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib
Azərbaycanda əsgər özünə xəsarət yetirib

Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində xidmət göstərən 19 yaşlı Röyal Ramiz oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində yaralanıb. Faktı SİA-ya təsdiqləyən Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R. Hüseynov 2013-cü ilin oktyabrında Gəncə şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə