Leriklilər 20 yanvarın 24-cü ildönümünü qeyd ediblər FOTOLAR

Leriklilər 20 yanvarın 24-cü ildönümünü qeyd ediblər FOTOLAR

20 yanvar faciəsinin ildönümü Lerikdə silsilə tədbirlərlə anılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, səhər saatlarından başlayaraq şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və yüzlərlə lerikli Şəhidlər xiyabanına gələrək abidə önünə qərənfillər düzərək onların xatirəsini ehtiramla yad ediblər. Günorta saat 12-də isə bütün rayon ərazisində bir dəqiqəlik sükut elan olunub. Bütün nəqliyyat vasitələrinin hərəkəti dayanıb, küçələrdə insanlar ayaq saxlayaraq faciə qurbanlarını anıblar.

20 yanvar faciəsinin ildönümü ilə bağlı Lerikdə keçirilən tədbirlər çərçivəsində Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub. Öncə ziyalılar 1990-cı ildə ölkəmizdə, xüsusən Bakıda baş verən hadisələr haqqında danışıb, silahsız insanların amansızcsına qətlə yetirməsindən ürək ağrısı ilə söz açıblar. Eyni zamanda məktəblilər faciə qurbanlarına həsr olunan şeirlər səsləndirib, bayatılar söyləyiblər. Həmçinin 20 yanvar hadisələrini özündə əks etdirən sənədli film də nümayiş olunub. Qeyd edək ki, leriklilər 20 yanvar da daxil olmaqla ümumilikdə ölkəmizin müdafiəsi uğrunda 116 nəfər şəhid verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə