Şirvan şəhərində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib FOTOLAR

Şirvan şəhərində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib FOTOLAR

Şirvan şəhərində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün Şirvan şəhərində 20 Yanvar facisəinin il dönümünə həsr olunmuş tədbirlər keçirilib. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, əmək kollektivləri, şəhid ailələri, din xadimləri əvvəlcə Şəhidlər Xiyabanına gələrək Qarabağ döyüşlərində canlarını fəda verən igid oğullarımızın ruhuna dualar oxuyublar.

İcra başçısı Mərdan Camalov əbədi məşəl kompleksi önünə əklil qoyaraq, şəhid məzarlarını ziyarət edərək üzərilərinə qərənfillər düzüb. Şəhidlərin valideyinlərinə, ailələrinə, yaxınlarına baş sağlığı verib.

Şəhər sakinlərinin iştirakı ilə tədbir 20 Yanvar abidəsi önündə keçirilib. İcra başçısı Mərdan Camalov çıxış edərək 20 Yanvar faciəsinin baş verməsinin əsas səbəblərindən, Azərbaycan xalqının azadlıq, müstəqillik, istiqlal əldə etməsində şəhidlərimizin qəhrəmanlıq, şücaət göstərərək əli yalın silahlanmış Sovet ordusunun qarşısından qorxmadan çəkilməməsindən ətraflı danışdı. O zamanki ölkə rəhbərliyinin 20 Yanvar faciəsinə biganə münasibət bəsləməsindən danışan şəhər rəhbəri Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına qarşı tarixi cinayətin törədilməsini ictimailəşdirməsini və hakimiyyəti illərində hüquqi, siyasi qiymət verməsindən misilsiz xidmətlərinin olmasını xüsusi vurğulayıb. Bu gün ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə, Qarabağ əlillərinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən şəhər rəhbəri çıxışının sonunda şəhidlərimizə Allahdan rəhmət diləyərək yaxınlarına səbr diləyib.

Çıxışlar zamanı qanlı faciənin bundan sonrada xalqımız tərəfindən yad ediləcəyi, şəhidlərimizin xatirələri əziz tutulacağı qeyd olunub.

Məktəbli şagirdlərin hazırladığı əbədi bədii kompazisiya hər kəsə o qanlı hadisəni xatırladıb. Din xadimi şəhidlərin ruhuna dualar oxuyub. Saat 12:00-da nəqliyyat vasitələrinin hərəkəti dayanaraq 1 dəqiqəlik siqnallar səslənməklə yad olunub. Sonda şəhər rəhbərliyi 20 yanvar abidəsi önünə əklil və qərənfillər qoyularaq şəhidlərimizin ruhunu anıblar.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə