Hacıqabul ictimaiyyəti 20 yanvar şəhidlərini yad edib FOTOLAR

Hacıqabul ictimaiyyəti 20 yanvar şəhidlərini yad edib FOTOLAR

Hacıqabul ictimaiyyəti 20 yanvar şəhidlərini yad ediblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün səhər saat 10:00-da Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri Şəhidlər Xiyabanına gələrək vətən uğurunda canından keçmiş el oğullarının xatirəsinə ucaldılan abidə kompleksi önünə əklil qoyaraq ehtiramlarını bildiriblər.

Sonra şəhid məzarları ziyarət edilərək üzərilərinə tər qərənfillər düzülüb. Rayon rəhbərliyi şəhid ailələri ilə görüşərək dərdlərinə şərik olduğunu və dərin hüzünlə baş sağlığı verib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə