Məhbuslar arasında olan diabet və vərəm xəstələrinin sayını açıqlanıb
Məhbuslar arasında olan diabet və vərəm xəstələrinin sayını açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə ədliyyə nazirinin müavini, Nazirliyin Penitensiar Xidmətinin (PX) rəhbəri Mədət Quliyev bildirib.
Onun sözlərinə əsasən, hazırda 492 məhbus şəkərli diabetdən, 329 nəfər isə vərəm xəstəliyindən əziyyət çəkir: "Ədliyyə Nazirliyinin Tibb xidməti tərəfindən bu cür xəstələrin müalicəsi üçün xüsusi xidmət göstərilir. Vərəm xəstəliyinə tutulan məhbusların da müalicəsi üçün müvafiq işlər aparılır. Bizdə bunun üçün müalicə müəssisəsi var".
PX rəisi deyib ki, Beynəlxalq Qızıl Xaç Cəmiyyəti Azərbaycanda vərəm xəstəliyinin müalicəsinə dəstək göstərir: "Azərbaycanda məhbuslar arasında bu xəstəliyə yoluxanların sayı dünyanın digər ölkələri ilə müqayisədə çox deyil. Bu sahədə işlər davamlı olaraq aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB