Müdafiə Nazirliyi erməni mətbuatında yazılanlara aydınlıq gətirdi Rəsmi açıqlama

Müdafiə Nazirliyi erməni mətbuatında yazılanlara aydınlıq gətirdi Rəsmi açıqlama

Bu gün Ermənistan Respublikasının kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ermənistan ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hər hansı bir insident qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə