Qar yağacaq

"Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı, gündüz dəyişkən buludlu olacağı gözlənilir.Şimal-şərq küləyi əsəcək".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında deyib ki, yanvarın 21-də paytaxtda və yarımadada hacanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-6 dərəcə isti olacaq: "Sabah ölkənin bölgələrində havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 isti, dağlarda 5-10 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə