Qanlı 20 yanvar faciəsinin 24-cü il dönümü ilə əlaqədar Gəncənin Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, tədbirdə Gəncə şəhər icara hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimayyət nümayəndələri, ziyalılar, şəhid ailələri sadə vətəndaşlar iştirak edib.
Əvvəlcə Elmar Vəliyev Şəhidlər xiyabanında ucaldılan abidənin önünə əklil qoyub. Daha sonra çıxış edən icra başçısı bildirib ki, 20 yanvar tariximizə qara hərflərlə yazılıb. Çünki Sovet qoşunu həmin günü insanlığa sığmayan qırğın törədib. Neçə-neçə əli yalın, silahsız həmvətənlərimiz bir gecədə vəhşicəsinə öldürülüb.
İlham Məmmədov




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB