Şəhidlərin xatirəsi bir dəqiqqəlik sükutla yad edilib

Şəhidlərin xatirəsi bir dəqiqqəlik sükutla yad edilib

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəliyə dayandırılıb. SİA-nın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Azərbaycana qarşı hərbi əməliyyat nəticəsində 137 insan öldürülüb,, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə