Cəzaçəkmə Müəssisələri kənara köçürüləcək

Cəzaçəkmə Müəssisələri kənara köçürüləcək

"Dünyanın heç bir yerində Azərbaycandakı kimi Cəzaçəkmə müəssisələri tikilmir". SİA-nın məlumatına görə, bu sözləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, tikilməsi nəzərdə tutulan 10 yeni Cəzaçəkmə Müəssisəsindən 3-ü artıq istifadəyə verilib:" Biz işlərimizi ölkə başçısının tapşırıqlarına əsasən davam etdirir, maddi-texniki bazamızı möhkəmləndiririk. Hazırda Gəncə, Kürdəmir və Lənkəranda da yeni Cəzaçəkmə müəssisələri inşa olunur".

Açıqlaması zamanı M.Quliyev Belçikada Avropa Pentensiar Xidməti rəhbərlərinin müşavirəsində iştirak etdiyini bildirib:" Mən Belçikada müşavirədə iştirak etdim. Onlar ölkəmizdə Cəzaçəkmə Müəssisələrindəki şəraitə yaxşı mənada təəccübləndilər. Həqiqətən də ölkəmizdə olan Cəzaçəkmə müəssisələrinin vəziyyəti bir çox ölkələrdən üstündür".

Cəzaçəkmə Müəssisələrinin köçürülməsi məsələsinə gəlincə, M.Quliyev qeyd edib ki, paytaxtda sıxlıq olduğundan Cəzaçəkmə Müəssisələri kənara köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə