Səlim Müslümov: "Veteran və əlillərin təklifləri nəzərə alınır

Səlim Müslümov: "Veteran və əlillərin təklifləri nəzərə alınır

"Müharibə veteranları və əlillərlə bağlı dövlət proqramının icrası daim həyata keçirilir". SİA-nın məlumatına görə, bu sözlər əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas məsələ veteren və əlillərin avtomobillərlə təmin olunmasıdır ki, bu məsələ bütün dövlət proqramlarında öz əksini tapıb.

Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşdüyünü deyən S.Müslümov vuğulayıb ki, görüş zamanı onların təkliflərini dinləyir, problemlərinin həlli istiqamətində lazimi tapşırıqlar verir: "Görüşlər zamanı əlill və veteranların fikirləri dinlənilir. Həmin təkliflər gələcək işlərdə nəzərə alınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə