Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının təbliği, uşaqların asudə vaxtlarının səmərəli təşkili istiqamətində mütəmadi tədbirlər keçirilir. Uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərə xüsusi önəm verilir.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla bağlı növbəti tədbir 20 Yanvar faciəsinin 24-cü ildönümünün qeyd edilməsi və şəhidlərin xatirəsinin yad edilməsi münasibətilə Dövlət Sərhəd Xidməti Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində tədbir keçirilib.
Tədbirdən öncə Dövlət Sərhəd Xidməti Mərdəkan qəsəbəsindəki xüsusi məktəbin uşaqlarının, Zəngilan rayonu məcburi-köçkün məktəb şagirdlərinin, Komitənin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Gələcəyi" Uşaq və Gənclər təşkilatı üzvlərinin Şəhidlər Xiyabanına ziyarəti baş tutub,
Sonra uşaqlar məktəbdəki Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Daha sonra Dövlət Sərhəd Xidmətinin Mədəni-kütləvi tədbirlər şöbəsinin rəisi – polkovnik Cabir Novruzov giriş sözü ilə tədbirin əhəmiyyətindən danışıb.
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova baş verən faciə haqqında şaqlara məlumat verib və onların vətənpərvər ruhda boyuməyə çağırıb.
Sonra tədbir iştirakçıları üçün Dövlət Pantomim Teatrının "Unutmayaq" adlı tamaşası nümayiş etdirilib.
Tamaşa "Xocalı soyqırımı"na həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB