Bakıya yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, günün ikinci yarısından başlayaraq yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcək. Qeyri-sabit hava şəraiti yanvarın 22-dək davam edəcək.

Azərbaycanın rayonlarında 20 yanvar günü hava şəraitinin qeyri-sabit keçəcəyi, səhər əsasən şimal rayonlarında, axşama doğru isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə