Bu həftə OĞLAQLAR öz kommersiya layihəsinə başlamaq niyyətlərini və planlarını həyata keçirmək imkanı əldə edəcəklər. Bu sahə sizin üçün yenidirsə, biznes aləminə baş vurmazdan əvvəl mütləq bu işi bilən adamlarla məsləhətləşin. Məsləhətlərə qulaq assanız və hər xırdalıqları diqqətlə ölçüb-biçsəniz ideyalarınız reallığa çevrilə bilər.
DOLÇALAR gələn həftə köhnə dostları və qohumları ilə görüşərək ünsiyyətə olan tələbatlarını tam ödəyəcəklər. Siz bütün yenilikləri deyib-danışmalısınız. Əmin ola bilərsiniz ki, diqqətli və həssas həmsöhbətlər tapacaqsınız. Bu bürcdən olan güclü cinsin nümayəndələri eşqə də düşə bilərlər, amma başlarını dərdə salmağa dəyməz.
BALIQLAR diqqəti indiyədək yan keçdikləri mühüm məsələlərə yönəltməlidirlər. Ciddi qərarlara hazır olun. Dediyinizin üstündə möhkəm durmağa çalışın, başqalarının, hətta nüfuzlu adamların arxasınca getməyin. Fəallıq və təşəbbüskarlıq göstərsəniz, karyerada irəliləmək imkanı əldə edəcəksiniz. Amma lovğalanıb özünüzü öyməyin, belə davranış yaxşı nəticə verməz.
Qarşıdakı həftə QOÇLARA çəkdikləri zəhmətin bəhrəsini gətirəcək, lakin vaxtınızı və enerjinizi boş şeylərə sərf etməyin, xırda qayğıları kənara qoyub diqqətinizi başlıca məsələyə yönəldin. İndi gələcək haqqında düşünməyin və mühüm qərar qəbul etməyin lap zamanıdır. Elə bir qərar ki, gələcəkdə bir çox işləriniz ondan asılı olacaqdır. Yaxınlarınızın məsləhətlərinə etinasız yanaşmayın.
BUĞALAR hər baxımdan, həmçinin maliyyə cəhətdən yeni, çox mühüm dövrə qədəm qoyacaqlar. Siz öz maddi rifahınızı möhkəmləndirmək üçün real imkan əldə edəcəksiniz. Lakin bunun üçün özünüzə qarşı daha ciddi və tələbkar olmalısınız. Dostlarınızla əlaqələri kəsməyin: onların sizə köməyi dəyəcək. Çox cəlbedici görünən təkliflərə son dərəcə diqqətlə yanaşın, çünki bu şübhəli təkliflərin arxasında nəyin gizləndiyi bəlli deyil.
ƏKİZLƏRİ yüksək fəallıq həftəsi gözləyir. Əsas budur ki, enerjinizi boş şeyə deyil, lazımi məcraya yönəldin. İşdə səyləriniz böyük səmərə verəcək, təşəbbüskarlığınız diqqətdən kənarda qalmayacaq. Buna görə də ola bilsin ki, vəzifənizi artırsınlar, yaxud ən azından sizi mükafatlandırsınlar. Həftənin sonunda çoxdankı dostlarınızla görüş əhvalınızı yüksəldəcək.
İş axtaran XƏRÇƏNGLƏR aldadıcı təklif alacaqlar. Unutmayın ki, yeni və az tanıdığınız insanlarla qarşılıqlı münasibətlərdə bir qədər ehtiyatlı olmağınız sizə zərər gətirməz. Mühüm qərar qəbul etməli olacaqsınız və bu qərardan çox şey asılı olacaqdır. Öz intuisiyanıza etibar edin – o, sizi pis vəziyyətdə qoymaz. Yeni işlə əlaqədar bütün məsələlərdə yaxınlarınızın köməyinə və dəstəyinə arxalana bilərsiniz.
ŞİRLƏR çox şey vəd edən layihənin həyata keçirilməsində iştirak etmək təklifi alacaqlar. Daha yüksək vəzifəyə keçmək, perspektiv tanışlıqlar imkanı yaranacaqdır. Bu həftə daşınmaz əmlakla bağlı məsələlərin həlli və genişmiqyaslı işgüzar niyyətlərin həyata keçirilməsi üçün uğurlu həftədir. Sizi çox yüksək qiymətləndirən yaxınlarınız arasında bütün səyləriniz və təşəbbüsləriniz dəstəklənəcəkdir.
QIZLAR nəzərdə tutduqları bütün planları yavaş-yavaş, amma düzgün həyata keçirməkdə davam edəcəklər. Qayğılarınız və həyəcanlarınız arxada qalacaq, onları uzun, hər cəhətdən sakit və sabit bir dövr əvəz edəcəkdir. Qarşıdakı yeddi gündə evinizin abadlaşdırılması ilə əlaqədar işlərlə məşğul olacaqsınız. Gələn həftə mebel və digər ev əşyalarının alınması üçün çox uğurlu həftədir.
TƏRƏZİ öz diqqətini peşə və şəxsi inkişaf məsələlərinə yönəltməlidir: qarşıdakı dövr bu məqsəd üçün çox münasibdir. Fəallığınızın artdığını, yaradıcılıq potensialınızın yüksəldiyini hiss edəcəksiniz. Bunun sayəsində iş qabiliyyətiniz artacaq və nəticədə sizi maraqlandıran bütün məsələlərin həllində böyük müvəffəqiyyətlərə nail ola biləcəksiniz.
ƏQRƏBLƏR bu həftəni müxtəlif sosial və ictimai problemlərə həsr etməlidirlər. Bu problemlərə diqqətlə yanaşın, məhz siz optimal yol tapa bilərsiniz. Həftə müxtəlif tanışlıqlar və görüşlərlə zəngin olacaqdır. Lakin çalışın maksimum seçmə adamlarla görüşün, vəziyyəti və ətrafdakılarla münasibətləri təhlil edin, öz ünsiyyət dairənizi bir qədər məhdudlaşdırın.
OXATANLAR ətrafdakılar tərəfindən layiqli qiymətlərini alacaqlar. Rəhbərlik iş yerində və ictimai işlərdə yorulmaz səylərinizi qiymətləndirəcəkdir. Siz yenə də özünüzü lazımlı və tələb olunan işçi kimi hiss edəcəksiniz, peşəkarlığınız və təşkilatçılıq qabiliyyətiniz öz təsdiqini tapacaq və hər sahədə əla nəticələr verəcəkdir. İndi lap azacıq səy göstərsəniz, öz möhtəşəm planlarınızı asanlıqla həyata keçirə biləcəksiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB