DQMK 20 Yanvar faciəsini yad edib

DQMK 20 Yanvar faciəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (DQMK) 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Komissiyanın sədr müavini Vəfadar Misirov bu hadisənin xalqımızın birlik və bərabərlik təcəssümü olduğunu bildirərək həmin tarixi günün Azərbaycanın müstəqillik qazanmasında əhəmiyyətli rol oynadığını qeyd edib. 1990-cı ilin 20 yanvar gününun Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini qarşısıalınmaz və dönməz etdiyini vurğulayan V.Misirov qeyd edib ki, öz canını Vətən uğrunda qurban verən və şəhidlik zirvəsinə yüksələn insanların xatirəsi qəlbimizdə daima yaşayacaq.

Sonra çıxış edən Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi-mətbuat katibi Asəf Əliyev 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib və 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışmış və vurğulamışdır ki, bu gün, həm də şanlı səhifə kimi Azərbaycan tarixinə yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə