Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 20 Yanvar şəhidləri anılıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Komissiyanın sədr müavini Vəfadar Misirov bu hadisənin xalqımızın birlik və bərabərlik təcəssümü olduğunu bildirərək həmin tarixi günün Azərbaycanın müstəqillik qazanmasında əhəmiyyətli rol oynadığını qeyd edib.
1990-cı ilin 20 yanvar gününun Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini qarşısıalınmaz və dönməz etdiyini vurğulayan V. Misirov qeyd edib ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaq.
Sonra çıxış edən Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi-mətbuat katibi Asəf Əliyev 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib və 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxan dinc əhaliyə, soydaşlarımıza qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışıb və vurğulayıb ki, bu gün, həm də şanlı səhifə kimi Azərbaycan tarixinə yazılıb.
Sonda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB