Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Gəncədə vətəndaşları qəbul edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qəbulda Gəncə ilə yanaşı Goranboy, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Kəlbəcər və digər rayonlardan gələn 50-dən çox sakin iştirak edib. Mənzil problemi, sosial-məişət qayğıları, işə düzəlmə, qadın hüquqlarının qorunması, bir çox xəstəliklərin müalicəsi və digər məsələlərlə bağlı müraciət və təkliflərin səsləndiyi görüşdə qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunub. Komitənin səlahiyyətinə aid olmayan müraciət və təkliflər isə aidiyyatı təşkilatlara çatdırılmaq üçün qeydə alınıb.

İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB