ARGTMŞ nümayəndə heyəti Şəhidlər Xiyabanında olublar

ARGTMŞ nümayəndə heyəti Şəhidlər Xiyabanında olublar

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının işçi heyəti və ARGTMŞ-a üzv təşkilatların nümayəndələri 20 Yanvar faciəsinin 24-cü il dönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət edib. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 100-ə yaxın gəncin iştirak etdiyi ziyarətdə ARGTMŞ tərəfindən 20 Yanvar şəhidləri bir daha ehtiramla yad edilib, faciə qurbanlarının xatirəsi anılıb.

Qeyd edək ki, iştirakçılar tərəfindən 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının məzarları üzərinə çiçəklər düzülüb. Həmçinin ARGTMŞ adından "Əbədi məşəl" kompleksi önünə əkili qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə