Ombudsmanın Cəlilabad Regional Mərkəzi 20 Yanvar faciəsini anıb

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 20 Yanvar faciəsini anıb

Ombudsmanın Cəlilabad Regional Mərkəzi rayon Təhsil Şöbəsi ilə birgə Qanlı Yanvar faciəsinin ildönümü ilə bağlı Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbində, 8 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb – liseydə, Nizami adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü məktəb – liseydə, akademik Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbdə, Ocaqlı kənd 1 nömrəli tam orta məktəbində, habelə Kazımabad, Komanlı və Bəcirəvan kənd tam orta məktəblərində silsilə tədbirlər keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Regional Mərkəzin rəhbəri Z.İsmayılov çıxış edərək bildirib ki, qan yaddaşımıza silinməz faciə kimi yazılan 20 Yanvar eyni zamanda xalqımızın tarixində parlaq qəhrəmanlıq səhifəsidir və o müdhiş gecə həm də iftixar hissi ilə xatırlanır.

Qeyd olunub ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ölçüyəgəlməz dağıntılar törədilib, yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar xüsusi qəddarlıqla qətlə yetirilmiş, televiziya binası partladılmış, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi zərər vurulmuşdu. İnsanlıq simasını itirmiş hərbi canilər törətdikləri vəhşilikləri ört-basdır etmək, həlak olanların dəqiq sayını gizlətmək üçün cəsədləri belə məhv ediblər. Hücum zamanı qadağan edilib, silah və sursatdan istifadə olunub.

Qeyd olunub ki, hər il 20 Yanvar tarixi ölkəmizdə milli matəm, Ümumxalq hüzn günü kimi qeyd edilir. Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra Yanvar hadisələrinin səbəb və nəticələrinin daha dəqiq araşdırıldığı və bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildiyi bildirilib.

Bu silsilədən növbəti tədbirlər Cəlilabaddakı Heydər Əliyev Mərkəzində və Lənkəran rayonunun Girdəni Bələdiyyəsində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə