20 Yanvar Türk tarixinin qəhrəmanlıq səhifəsi kimi anıldı FOTOLAR

Bu gün Atatürk Mərkəzidə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş "20 Yanvar-Türk tarixinin qəhrəmanlıq səhifəsi" adlı dəyirmi masa keçirib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masada şəhidlərimizin ruhu yad edildikdən sonra "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov 20 yanvarın Türk tarixində qəhramanlıq səhifəsi olaraq anılmasının təsadüf olmadığını, bu günün yeniyetmə və gənclərmizə ibrət olacaq əsil vətənpərvərlik örnəyi olduğunu bildirib.

TUMİB sədri qeyd edib ki, 20 Yanvarda şəhid olmuş bacı və qardaşlarımız müstəqilliyimizin ilk şəhidləridir və 20 Yanvar şəhidlərimizi bu gün dünyada yaşayan 60 milyona yaxın azərbaycanlı yox, eyni zamanda dünyada yaşayan 300 milyonluq Türk milləti yad edir.

Dəyirmi masada Jurnalist Araştırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə, Milli Düşüncə Mərkəzinin sədri, tarixçi alim Əkbər Nəcəf, "Xalq qəzeti"nin əməkdaşı Rauf Kəngərli, TUMİB–in üzvü Vəkil Piriyev, Ankara Haccettepe Universitetinin məzunu Lalə Muradzadə, şairə Nigar Duyğu, tələbələrdən Təhminə Seyidzadə, Elnur Camalov, Sərxan Rəhimli, Cövhər Feyzullayev çıxışlarında qeyd ediblər ki, 1990–cı ilin yanvarından artıq 24 il keçir və o qanlı yanvarı xatırladaraq o dövürdə xalq böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da dərk etdi. 20 Yanvar günü xalqın səsinə hər kəsdən əvvəl səs verən Ulu öndərimiz Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev Moskvada nəzarət altında ola-ola özünü və ailə üzvlərini təhlükə altında qoyaraq, hadisələrdən 1990–cı il yanvarın 21-də oğlu, siladaşı o, çətin gündə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi. Bu məsələ ilə bağlı öz etirazını bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə